Opinion.  Fikir.       

Gizlilik siyasəti


Məlumatların saxlanılması bu layihənin əsas üstünlüklərindən biridir. 

Bu layihə kimlər üçün nəzərdə tutulub: 

Azərbaycan Respublikasının 14 və yuxarı yaşı olan vətəndaşları üçün.  


Biz hansı məlumatları toplayırıq:

1. Qeydiyyat zamanı daxil etdiyiniz şəxsi məlumatları.

2. Unikal identifikator kimi xidmət göstərən cookie məlumatları

3. Biz sizin necə və hansı xidmətlərdən istifadə etdiyiniz məlumatları alırıq. Məsələn: bu sizin web səhifələri izlədiyiniz və ya hansısa reklam məlumatlarına baxdığınız zaman baş verir.

4. Biz məlumatları sizin istifadə cihazlarının web brauzerlərindən (HTML5 daxil olmaqla) və keş məlumatlarından  toplayıb (şəxsi məlumatlar həmçinin) saxlayırıq

5. Biz iştirakçılarımız haqqında məlumatları müxtəlif yollar sayəsində toplayıb qeyd edirik. İştirakçılardan bəziləri məlumatları istifadə cihazına göndərirlər: bir və ya bir neçə cookie fayl və anonim identifikator. Bu məlumatları biz yalnız araşdırma məqsədi ilə istifadə edirik.

 

Topladığımız məlumatları biz necə istifadə edirik

 

1. Şəxsi məlumatlar.

Layihəyə qoşulma zamanı keçirilən qeydiyyat sosial-demoqrafik məna daşıdığına görə, respondent şəxsi məlumatları qeyd etməli olur. Layihə rəhbərləri bu məlumatların gizliliyinə  100 % zəmanət verirlər. Şəxsi məlumatlar respondentin icazəsi olmadan üçüncü şəxs tərəfindən istifadə edilə bilməz.

Bazaya əlavə olunan bütün məlumatlar yalnız ümumiləşdirilərək təhlil olunur (məsələn: ..... A layihəsi zamanı, B  hadisəninə 24-35 yaş arası müsbət münasibət göstərən qadınların sayı 45% təşkil edir).

Respondentlərin e-poçtlarından istifadə edib, onlara reklam mənbəli məhsul, SPAM və digər zərərli məlumatların göndərilməsi mümkünsüzdür.

2. Cookie faylları.

Respondenti identifikasiya edir və hərəkətlərinə nəzarət etməyə kömək edir. Cookie’nin unikal faylları yalnız identifikasiya olunmuş şifrələrdən ibarətdir.

Cookie fayllar sayəsində yığılan məlumatlar yalnız ümumiləşdirilərək təhlil olunur və yalnız araşdırma məqsədilə istifadə edilir. Yığılan məlumatlar respondentin icazəsi olmadan üçüncü şəxs tərəfindən istifadə edilə bilməz

Cookie fayllarını reklam mənbəli məhsullar üçün istifadə etmək qadağandır.


Bundan əlavə siz brauzerinizdən cookie faylların qəbulunu tamamilə qadağan edə və ya sizə hər zaman bu haqda məlumat verilməsi üçün qura bilərsiniz. Cookie fayllarını silmək də mümkündür. Bunun üçün brauzerinizin tarixçəsini, “Cookie faylları və digər məlumatları təmizləmək” bəndini seçərək silmək və ya brauzerin nizamlamalarından şəxsi məlumatları və Cookie’ləri silə bilərsiniz.