Opinion.  Fikir.       

İstifadəçi sazişi

Bu saziş layihə rəhbərləri və iştirakçılar arasında olan əməkdaşlığı tənzimləyir.

 

Ümumi müddəalar

Layihədə iştirak etmək, iştirakçılara öz fikirlərini onlayn anket vasitəsi ilə bildirmək mənası daşıyır. Müəyyən sorğuda iştirak etmək dəvəti respondentə qeydiyyat zamanı e-poçt vasitəsi ilə gəlir. Bu şəxsi səhifəyə daxil olmaq üçün əsas amildir. İştirakçılar sorğunu bitirəndən sonra öz virtual hesablarına xal şəklində mükafatlar alırlar. Hesablanan xalların sayı sorğunun uzunluğu və sualların sayından asılıdır. Sorğu tam doldurulmamış halda iştirakçı öz hesabına xal qazana bilmir. Qeydiyyat formasının doldurulmasında xal almaq nəzərdə tutulmayıb. İştirakçı öz mükafatını şəxsi hesabından müxtəlif yollarnan çıxara bilər. Mükafatları xeyriyyə fondlarına yönəltmək istədikdə, layihə rəhbərləri pulun fonda köçürmə məsuliyyətini öz üzərinə götürürlər. Fondlara pulun yönəldilməsi müəyyən tarixlərdə həyata keçirilir. Bu haqda məlumat xüsusi “xeyriyyə” bölməsində yerləşdiriləcək. Qazanılan xalların pula çevrilməsi ay ərzində bir dəfə mümkündür və pulun telefon hesabına və ya WEB-Portmone’yə ötürülməsi  digər vasitəçi sayəsində həyata keçirilir. Mükafat xalların pula çevrilmə müddəti 24 saat ərzində baş verir. Pul köçürməsi zamanı hər-hansı bir texniki səhvlik baş verərsə, xallar hesaba geri qaytarılır. Layihə rəhbərləri hər zaman sorğu formalarının təkminləşməsi ilə məşğuldurlar və iştirakçıların rahatlığı və məmnuniyyəti üçün əllərindən gələni əsirgəmirlər. Sorğu zamanı media faylın baxılmasına lazım gəldikdə, respondentin seçimi üçün bir neçə həcmdə olan kontent təklif olunur. Belə sorğularda trafikin daha çox istifadə olunmasına görə, mükafat zamanı daha çox xal təqdim olunur. Respondentlərin sorğu zamanı az trafik istifadə etməsi üçün, sayt xüsusən sadə formada hazırlanıb. Respondentlər sorğulardan əlavə xal qazanmaq üçün dost-tanış dəvət edə bilərlər (respondentin şəxsi səhifəsində dəvət etdiyi dost-tanışları qeyd etmək üçün xüsusi hazırlanmış link yeri vardır). Əlavə xallar yalnız, dəvət etdiyi respondentlərin sorğu keçdikləri halda hesablanır (qeydiyyatdan keçəndən sonra yox). Əlavə olunan xalların sayı dəvət olunan respondentlərin və onların düzgün formada qeydiyyat keçməsindən asılıdı. Layihədə ailə üzvlərindən yalnız bir nəfər iştirak edə bilər. Respondentlərin yaş həddi 14+ olmalıdır. Əks halda respondent yaşını bilərəkdən səhv qeyd etsə (yaşını gizlətsə), layihə rəhbərləri  buna cavabdehlik daşımırlar.

 

Təşkilatçılarının vəzifələri.

Təşkilatçılar respondentlərin şəxsi məlumatlarını, sorğu cavablarını üçüncü şəxsə ötürülməməsini  təmin etməli (həmçinin e-poçtlarını).Respondentlərin fikirlərin yalnız ümumiləşdirilərək təhlil etməli. Təşkilatçılar saytda heç bir reklamın yerləşdirməməsini, e-poçta  zərərli məlumatların, SPAM və virusların göndərilməməsini təmin etməli. Respondentin keçdiyi sorğuya əsasən, onun şəxsi hesabına  topladığı xalları oturtmalı. Respondentlərin bir daha iştirak etmək istəmədiyi halda, onlara yenidən sorğuya qoşulmaq üçün dəvət göndərməməli. 

 

İştirakçının vəzifələri.

Məlumatların yaddaşda qalması üçün, şəxsi səhifənizin şifrəsini 3-cü şəxslərə ötürmək məsləhət görülmür. Layihədə ailədən yalnız bir nəfər iştirak edə bilər.

 

Təşkilatçıların haqqları.

Sayt üzərində düzəlişlər ediləndə, sayta girişi müvəqqəti dayandırmaq. İştirakçıların anket doldurduqları zaman səhv və riyakar məlumat qeyd etdikdə, onları layihədən uzaqlaşdırmaq imkanı. İştirakçıların suallara qeyri etik və ya kimisə təhqir edərək cavablandırdığı halda, onlar üzərində düzəlişlər etmək.

 

İştirakçıların haqqları.

İştirakçıların onlara maraqlı olmayan mövzularda olan anketləri cavablandırmamaq imkanı. Layihədə iştrak etməkdən imtina imkanı. Layihədə iştirak etməkdən imtina etdikdə, yenidən qayıtmaq imkanı (bunun üçün şəxsi səhifəyə daxil olub, müəyyən linkdən keçmək lazım gəlir)